DÜKAN KATALOQU
DVR qeydedicilər
Mal(lar): 10
не определена
не определена
не определена
не определена

DVR qeydiyyatçılarının satışı Multistar internet mağazasında

DVR qeydiyyatçı – analoq videonəzarət kameralarının quraşdırılması və tam işləməsi üçün nəzərdə tutulmuş elektron cihazdır. Videonun qeyd olunması, izlənilməsi və saxlanılması üçün istifadə olunur. Konstruksiyası bütöv korpusdan ibarətdir. Koaksial kabel vasitəsilə kameradan sıqnalı alır, onu rəqəmsal formata çevirir və Sərt diskə (HDD) qeyd edir. Kiçik məkanlarda keyfiyyətinə görə heç də rəqəmsal cihazlardan geri qalmır, qiyməti isə çox aşağıdır. DVR rəqəmsal video qeydiyyatçılar etibarlı, rahat, sadə və az büdcəli seçimdir.

Multistar internet mağazası DVR videoqeydiyyatçıların satışını Azərbaycanda ən ucuz qiymətlərlə təşkil edir. Bizim kataloqda təqdim olunmuş DVR qeydiyyatçılar funksional və göstəricilərinə əsaslanaraq, sizin tələblərinizə və həll etmək istədiyiniz tapşırıqlara uyğun cihaz əldə edə bilərsiniz.

DVR qeydiyyatçılarının təyinatı və özəllikləri

DVR rəqəmsal video qeydiyyatçıları kiçik videonəzarət sistemləri qurmaq istəyənlərə faydalı ola bilər. DVR qeydiyyatçısının ən böyük üstünlüyü ondan ibarətdir ki, sistem fasiləsiz video axını ilə öz özünə çalışır. Sizin əmlakınızı tam təhlükəsizlikdə saxlayır.

DVR videoqeydiyyatçıları:

  • Ofislərdə, mağaza zallarında, banklarda, nəzarət və idarəetmələrdə;
  • Özəl ev sahələrində;
  • Orta ölçülü müəssisələrdə, anbarlarda, zavodlarda;
  • Avtomobil dayanacaqlarında, qeydiyyat və nəzarət tələb olunan yerlərdə quraşdırılır.

Analoq kamera quraşdırılması üçün 4 kanal ilə təchiz olunmuşdur. Bəzi modellər İP kamera quraşdırmaq üçün əlavə girişə sahibdir. Eyni anda 4 kameranın işləməsi nəzarət olunan məkan haqqında daha çox bilgi əldə etməyə imkan verir və daha çox ərazi əhatə edir. Həmçinin, 8, 16, 24, 32 kanallı qeydiyyatçılar vardır. Standart kompüter monitoruna VGA girişli kabel ilə qoşulur.

Qeydiyyatçıların əsas funksiyaları:

  • Eyni anda bir neçə kameradan video qeydiyyatı və izlənməsi.
  • Lazım olan vaxt üçün görüntünün bərpası, qeydiyyatı saxlamadan arxivi izləmə imkanı.
  • Bir DVR-a bir neçə sərt diski qoşmaq imkanı.
  • DVR registratoru lokal və qlobal şəbəkəyə qoşmaq imkanı.
  • Xarici yaddaş qurğularının qoşulma imkanı.
  • Video çıxışın bir neçə formatı: HDMİ, VGA, AV. HDMİ videoçıxış FHD monitora yüksək genişliklə görüntü ötürməyə icazə verir.
  • Audioqeydiyyat aparmaq üçün audio kanalların qoşulma imkanı. 4 kanaldan 16 kanaladək.
  • Qeydiyyat üçün standart SATA interfeysli HDD diskdən istifadə olunur.

Təhlükəsizlik sistemləri üçün DVR registratorların Azərbaycanda ən sərfəli şərtlərlə satışı

Multistar internet mağazası təhlükəsizlik və videonəzarət sistemlərinin satışı üzrə ixtisaslaşır. Multistar internet mağazasında DVR qeydiyyatçıları Bakıda ən ucuz qiymətlərlə təqdim olunur.

Qiymət və keyfiyyət tənasübü sizi sevindirəcək! Bizim təcrübəli mütəxəssislər sizə DVR qeydiyyatçı seçimində yardım göstərərlər. Bizə zəng edin və ya geri zəng üçün məlumatlarınızı bizə göndərin. Menecerlərimiz sizə geri zəng edərək, sizi maraqlandıran bütün sualları cavablandırarlar. Bütün məhsullara rəsmi zəmanət verilir. Bakıya və Azərbaycanın digər nöqtələrinə sürətli çatdırılma fəaliyyət göstərir. Çeşidimizdə təqdim olunan DVR videoqeydiyyatçılarla internet mağazamızın kataloqunda tanış ola, və ya şəxsən Sədərək Ticarət Mərkəzində yerləşən mağazamıza gələrək alış edə bilərsiniz.

DVR Registratoru – Sizin təhlükəsizliyiniz və videonəzarət tələbləri üçün xüsusi olaraq yaradılmış cihazdır.

X
Sizə zəng edim?
Ok
X
X
Tez sifariş
X
Bəyəndiklərim