DÜKAN KATALOQU
HD Kameralar
Mal(lar): 32
₼ 95

Videonəzarət sistemləri üçün HD kameraların Multistar internet mağazasında satışı

Videonəzarət kameraları müasir müdafiə sistemlərinin vacib hissəsidir. HD video kameralar çəkiliş genişliyinə görə analoq kameraları bir neçə dəfə üstələyir və yüksək genişlikli görüntü qeyd edir. Geniş istifadəçi kütləsi vardır. Qiyməti İP kameralardan olduqca ucuzdur. 8 və ya 16 kameradan ibarət kiçik sistemlər tərtib etdikdə, qiyməti rəqəmsal kameralardan olduqca ucuz başa gələcək.

Bizim inernet mağazanın kataloqunda olduqca populyar AHD standartlı kameralar təqdim olunur.

HD kamera seçiminin üstünlükləri və özəllikləri

HD kameraların əsas üstünlüklərinə bunları aid etmək olar:

  • Adi analoq kabellərin köməyi ilə rahat quraşdırılma. Kameranı qoşub elektrik enerjisi ilə təmin etmək kifayətdir. Əlavə heç bir quraşdırmaya ehtiyac yoxdur.
  • Koaksial kabel vasitəsilə 500 m məsafəyə siqnal ötürür. Əgər bu məsafə kifayət etmirsə, təkrarlayıcıdan istifadə etmək lazımdır.
  • Kənardan müdaxiləyə qarşı yüksək səviyyəli müdafiə. Müdafiə sistemi internetə qoşulmur.
  • Analoq avadanlıq vasitəsilə görüntü sıxılmadan gecikməsiz və itkisiz ötürülür. Koaksial kabel vasitəsilə video axını 1 saniyədə 1.5 GB həcmində 150 metr məsafəyə qədər ötürülür.
  • Yüksək işıq həssaslığı. Gecə vaxtı və ya pis görüntü şəraitində keyfiyyətli görüntü almağa imkan verir.
  • Müdafiə sisteminin ucuz qiymətləri. Əgər əvvəl koaksial kabel vasitəsilə analoq kamera sistemindən istifadə olunubsa, əlavə kommunikasiya xəttlərinə ehtiyac yoxdur.

Model seçməzdən əvvəl quraşdırılma yerini, küçədə və ya məkan daxilində quraşdırılacağını dəqiqləşdirmək lazımdır. Küçə HD kameraları yağından qorunmaq üçün xüsusi müdafiə korpusu ilə təchiz olunur. İnfra qırmızı işıqlandırma və daha güclü yükləməyə dözmə qabiliyyəti küçə kameralarında daha güclüdür. Cihazın gücünü və görüntünün maksımal genişliyini nəzərə alın.

Fokus məsafəsi görüntü bucağına görə formalaşır. Ümumi plan görüntüsü almaq üçün geniş görüntü bucaqlı kamera seçmək lazımdır. Əgər konkret detallara diqqət etmək lazımdırsa, onda daha az görüntü bucaqlı kamera seçmək lazımdır.

Görüntünün yüksək genişliyini formalaşdıran Kameranın genişlik bacarığı bugün 2mp kamera üçün 1920 x 1080 təşkil edir. Böyük genişlik daha keyfiyyətli görüntü deməkdir və görüntünü keyfiyyəti itirməməklə böyütməyə xidmət göstərir. Bu, böyük ərazilərə nəzarət etdikdə vacibdir.

HD kameraların müxtəlifliyi:

  • Küçə kameraları - əsas üstünlüyü güc və möhkəmlik. Müxtəlif hava şəraitinə dözümlülük.
  • Günbəzli kameralar – dəyirmi formaya malikdir. Müxtəlif texniki göstəricilərə malikdir, həm daxili, həm xarici kamera kimi istifadə olunur.
  • Korpuslu - ən yayılmış kamera. Daxili və xarici istifadə üçün. Kronşteynlər və əlavə qida blokları dəstə daxil deyil.
  • Silindr formalı – miniatür forma və korpuslarda hazırlanır.

Videonəzarət sistemləri üçün HD kameraların ən sərfəli şərtlərlə satışı

Multistar internet mağazası təhlükəsizlik və videonəzarət sistemləri satışı üzrə ixtisaslaşır. Multistar internet mağazasında HD kameraların Bakıda ən ucuz qiymətlərlə satışı təşkil olunur.

Qiymət və keyfiyyət uyğunluğu sizi sevindirəcək. Bizim təcrübəli mütəxəssislərimiz HD kamera seçimində sizə yardım etməyə hazırdırlar. Bizə zəng edin, və ya sizə geri zəng etmək üçün məlumatlarınızı bizə göndərin. Bütün məhsullara rəsmi zəmanət verilir. Bakı ərazisində və Azərbaycanın bütün nöqtələrinə sürətli çatdırılma xidməti göstərilir. Mağazanın çeşidi ilə həm internet mağazamızın kataloqunda, həm də Sədərək Ticarət Mərkəzində yerləşən mağazamızın rəflərində tanış ola bilərsiniz.

HD videonəzarət kameraları – stabil məlumat ötürülməsi və yüksək genişlikli video formalaşdırılması.

X
Sizə zəng edim?
Ok
X
X
Tez sifariş
X
Bəyəndiklərim