DÜKAN KATALOQU
Wi-Fi Kameralar
Mal(lar): 8
не определена
не определена
не определена
не определена

Wi-Fi videokameraların Multistar internet mağazasında satışı

Wi-Fi kamera videoinformasiyanı Wi-Fi şəbəkəsi ilə ötürən cihazdır. Bu kameralar ofis və ya evin təhlükəsizlik sisteminin tərkib hissəsidir.

Wi-Fi videokameralar kabel ilə çəkilmiş təhlükəsizlik sistemlərinin daha ucuz analoqudur. Qiymətin daha ucuz olması, quraşdırmanın istifadənin sadəliyi Wi-Fi kameraları müxtəlif şəraitlərdə əlverişli olan daha yaxşı təhlükəsizlik sistemləri sırasına çıxarır. Multistar internet mağazasında Wi-Fi kameralar Azərbaycanda ən ucuz qiymətlərlə satılır. Biz sizə bu kameraları seçməkdə və almaqda köməklik göstərərik ki, siz Wi-Fi kameraların üstünlüyündən istifadə edərək, daha tez təhlükəsizlik sisteminizi işə sala biləsiniz.

Wi-Fi kameraların istifadəsinin rahatlığı və sadəliyi

Wi-Fi və ya kabelsiz video nəzarət sadə istifadəçilər arasında öz rahatlığı ilə məşhurdur. Cihaza qoşulmaq, onu idarə etmək və ya kameranın görüntü zonasında baş verənlərə baxmaq üçün, smartfonunuzda xüsusi proqramın olması və ya brauzerin ekranında İP adresi yığmaq kifayətdir.

Quraşdırılacağı yerdən asılı olaraq, Wi-Fi kameralar daxili və küçə tiplərinə bölünür:

  • Daxili Wi-Fi kameralar ofislərdə, şəxsi evlərdə, təhsil və tibb müəssisələrində və ya anbarda daimi videonəzarət aparmağa imkan verir.
  • Küçə Wi-Fi kameralar sudan və tozdan daha yüksək müdafiə olunub və daha geniş hərarət tempraturunda çalışa bilir. İstirahət zonalarında, maşın parklarında, ticarət mərkəzlərində nəzarət üçün istifadə olunur.

Konstruksiyasından asılı olaraq, kameraları aşağıdakı kateqoriyalara bölmək olar:

  • Kabelsiz. Quraşdırmaq üçün çoxsaylı kabellərə ehtiyac yoxdur. İdarəetmə kənardan aparılır. Kompüterlə birbaşa internet qoşulma sayəsində video qeydlərin yüksək sürətlə ötürülməsi ilə seçilir.
  • Kabelli. Ucuz qiymət ilə cəlb edir. Orta ötürmə sürəti. Siqnal kompüterə qoşulmuş bir neçə kabel vasitəsilə ötürülür.
  • Mini Wi-Fi kameralar. Uşaqlara, ahıl qohumlara və ya işçilərə nəzarət üçün evlərdə və mənzillərdə istifadə olunur. Bəzən bank və ofislərdə personalın stolu üzərində rast gəlinir.

Wi-Fi nəzarət video kamerasının üstünlükləri:

  • Dünyanın istənilən yerindən videolara nəzarət, evdə baş verənlərə baxmaq imkanı.
  • Çəkilmiş videolar sonradan baxılmaq üçün yaddaş kartına və ya cloud sisteminə qeyd olunur. Telefonda və ya kompüterdə izlənilməsi mümkündür.
  • Simsiz əlaqə kameranın yerini tez tez dəyişməyə imkan verir. Daha yeni kabellər çəkməyə və divar və tavanı deşməyə ehtiyac yoxdur. Siqnal kabeli çəkmək problemli olan yerlərə quraşdırılması əlverişlidir.
  • Kiçik ölçüləri və sadə quraşdırılma sayəsində Wi-Fi kameralar ev və kiçik biznes üçün ideal variantdır.
  • 720P və ya 1080HD formatlı yüksək icazə genişliyi.
  • Qaranlıq vaxtı da aydın görüntü almağa imkan verən işıqlandırma.
  • Videodan başqa həm də audio göndərməyə imkan verən mikrofonun olması.

Təhlükəsizlik sistemləri üçün Wi-Fi kameraların Azərbaycanda ər sərfəli şərtlərlə satışı

Multistar internet mağazası təhlükəsizlik və videonəzarət sistemləri satışı üzrə ixtisaslaşır. Multistar internet mağazasında Wi-Fi videokameralar Bakıda ən ucuz qiymətlərlə təqdim olunur.

Qiymət və keyfiyyət uyğunluğu sizdə xoş təəccüb oyadacaq. Bizim təcrübəli mütəxəssislərimiz Wi-Fi videokamera seçimində siz kömək göstərərlər. Bizə zəng edin, və ya məlumatlarınızı bizə göndərin, bizim menecerlər sizə geri zəng edərək, sizi maraqlandıran bütün sualları cavablandırarlar. Bütün avadanlıqlara rəsmi zəmanət təqdim olunur. Wi-Fi videokameraların çeşidi ilə bizim internet mağazanın kataloqunda, və ya Sədərək Ticarət Mərkəzində yerləşən mağazamızda tanış ola bilərsiniz.

Wi-Fi videonəzarət kameraları – həyatınızın rahatlığı və təhlükəsizliyi!

X
Sizə zəng edim?
Ok
X
X
Tez sifariş
X
Bəyəndiklərim