DÜKAN KATALOQU
Dinamiklər
Mal(lar): 21
не определена
не определена
не определена
не определена
не определена
не определена
не определена
не определена
не определена
не определена
не определена
не определена
не определена
не определена
не определена
не определена
не определена
не определена
не определена
не определена
не определена

Keyfiyyətli və ucuz dinamiklərin Multistar internet mağazasında satışı

Bu gün bazarda xarici görünüşü və texniki göstəriciləri ilə fərqlənən çox sayda akustik sistem təqdim olunur. Həmçinin onları quraşdırılması və bərkidilməsinə görə siniflərə bölmək olar. Multistar internet mağazasının bu bölümündə siz divar və tavan üçün dinamiklərin böyük çeşidi ilə tanış ola bilərsiniz. Döşəmə üstü dinamiklərdən fərqli olaraq, bu cihazlar yer tutmur, bununla belə məkanı yaxşı səslə təmin edir. Bu məsələ xüsusilə orta həcmli mənzil, ofis, konfrans zali, dərs auditoriyaları, klub və kafelər üçün aktualdır. Ümumi qəbul olunmuşdur ki, daxili tavan dinamikləri yumlu, divar dinamikləri düzbucaqlı formasında olmalıdır.

Dinamik quruluşunun göstəriciləri və özəllikləri

Bir çox müştərilər üçün əsas tələblərdən biri kompaktlıqdır. Divar və tavan dinamikləri bu xüsusiyyətə sahibdir. Daha bir üstünlük həcmli səslə bağlıdır. Dinamiklər otağın perimetri boyu yerləşdirilir və səs dalğaları otağı tamamilə bürüyür. Bu səsin şiddəti adlanan göstərici ilə bağlıdır. Bizim mağazada 6-40 W şiddətli 19 kHz tezlikli modellər təqdim olunur. Tezlikdən səslənmə və səs ahəngi kimi göstəricilər asılıdır.

Dinamik növlərinin hər birinə ayrılıqda nəzər salaq:

Daxili tavan dinamikləri - tavana bağlanan dinamiklər. Musiqi fonu, səsli tekstlərin, elan oxunmasının səslənməsində istifadə olunur. Dinamiklər asılma tavana montaj olunur. Konstruksiyasına və interyer tələblərinə uyğunluğuna görə tavan dinamikləri yüngül, kiçik ölçülü və az nəzərə çarpan olur. Daxili tavan dinamikləri dəqiq və həcmli, dinləyicini hər tərəfdən əhatə edən səs yaradır. Bu dinamiklərin şiddəti təqribən 6-10 W gücündədir. İstifadə edilən məkanlar: ofislər, barlar, restoranlar, kafelər, mağazalar, yaşayış məkanları.

Divar dinamikləri - Bu tip dinamiklər daha böyük şiddət göstəricisinə malikdir - 10 Vattdan 400 Vatta qədər. Bu dinamiklər məktəblərdə, universitetlərdə, bağçalarda, dərs auditoriyalarında, həmçinin əyləncə məkanlarında musiqili fon yaratmaq üçün ideal seçimdir. Divar dinamikləri divara xüsusi fiksatorlar və ya kronşteynlər vasitəsilə bərkidilir. Məkanın bütün künclərində keyfiyyətli səslənmə təmin edir. Əsas üstünlükləri: universallıq, aşağı qiymət, kompakt ölçülər.

Küçə üçün sukeçirməz divar dinamikləri - spesifik istənilən hava şəraitinə uyğun akustik sistem. Açıq havada istifadə etmək üçün nəzərdə tutulmuş dinamiklər - uşaq meydançaları, basseynlər, bazarlar, şəhərkənarı kotteclər. Xüsusi materialdan, bir çox halda alüminiumdan hazırlanmış korpus. Tempratur dəyişməsindən, küləkdən və nəmdən müdafiə.

Azərbaycanda ucuz dinamik seçimində və alışında sizə Multistar internet mağazası yardım edər

Bizim Multistar internet mağazamız sizə müxtəlif materialdan və quruluşda keyfiyyətli divar və tavan dinamikləri təklif etməyə hazırdır. Multistar internet mağazasında yalnız keyfiyyətli avadanlıq və detalları Bakıda ən ucuz qiymətlərlə təklif olunur.

Bütün məhsullara rəsmi zəmanət verilir. Professional komanda avadanlıq seçimində sizə kömək göstərər. Çatdırılma Bakı ərazisində kuryerlə, Azərbaycanın digər nöqtələrinə poçt vasitəsilə göndərilir. Sadəcə bizə yazın və bizim menecerlər sizə zəng edərək, sizi maraqlandıran bütün sualları cavablandırarlar. İnternet mağazamızın kataloqunda siz məhsul çeşidi ilə tanış ola, və ya Sədərək Ticarət Mərkəzində yerləşən mağazamıza gələrək, özünüz məhsulu seçə bilərsiniz.

X
Sizə zəng edim?
Ok
X
X
Tez sifariş
X
Bəyəndiklərim