DÜKAN KATALOQU
Kameralar
Mal(lar): 40
₼ 95

Videonəzarət kamerası

Ticarət mərkəzlərində tez tez binaların künclərinə yerləşdirilmiş videonəzarət kameraları görmək mümkündür. Ən sadə qurulmalı və ən ekonomik təhlükəsizlik sistemi kimi, videonəzarət demək olar ki, bütün biznes sahələrində təhlükəsizliyin təmin olunması məqsədi ilə istifadə olunur və son zamanlar daha çox bu hal evlərə də şamil olunur.

Əgər sizə küçə və ya evin içində nəzarət etmək üçün videonəzarət kamerası lazımdırsa, Multistarın təkliflər kataloqunu gözdən keçirin. Burda bütün məhsullar sınaqdan çıxmış istehsalçıların məhsullarıdır. Biz cihazların uzunömürlülüyü və keyfiyyətini təmin edirik.

Videonəzarət kameralarını necə seçməli?

Xarici nəzarət kamerası külək, qar və digər mümkün hava problemlərinin öhdəsindən gəlməlidir. Videonəzarət kamerası almazdan əvvəl, bu sualların cavabını tapmağa çalışın, bu sizin seçim dairənizi daraldar.

  • Bu kameralar gizlin olmalıdır və yaxud qorxutma məqsədi daşımalıdır?
  • Bu kameralar tikili daxilində və ya xaricində istifadə olunacaq?
  • Nəzarət etmədiyiniz ərazi nəqədər böyük ərazini əhatə edir?
  • Sizə nə qədər dəqiq görüntü lazımdır?
  • İşıqlandırma hansı vəziyyətdədir?
  • Səs lazımdırmi?
  • Bir müddətdən sonra sizə kameraların sayını artırmaq lazım gələcəkmi?
  • Effektiv monitoring və nəzarətdən sizin biznesin hansı sahələri gəlir əldə edəcək?
  • Siz videonəzarət vasitəsilə hansı problemləri həll etmək istəyirsiniz?

Videonəzarət kameralarının üstünlüyü

Videonəzarət sizin əmlakınızın və ailə üzvlərinizin təhlükəsizliyini nəzərə çarpacaq dərəcədə yüksəltmə imkanına malikdir və biz videonəzarətin evdə quraşdırılmasının 5 əsas üstünlüyünü sizin üçün qeyd edirik:

  • Cinayətin qarşısını alan görünüş amili. Videonəzarət cinayətlarları, xüsusən də söhbət qabaqcadan planlaşdırılmış cinayətlərdən gedir, fikrindən yayındıracaq vacib amillərdən biridir.
  • Sığorta ödəmələri. Əlbəttə ki, maliyyə gəliri təhlükəsizlik sistemi quruluşunda sizin bir nömrəli motivator olmasa da, bu ödəmələr videonəzarət sistemlərinin qurulması istiqamətində əlavə bonus ola bilər.
  • Evdən sizin əmlakınızın perimetrinə nəzarət etməyə imkan verir. Vİdeonəzarəti evinizin ətrafından pəncərənizdən görünməyən yerlərə quraşdırmaq olar. Bu halda, əgər siz o yerlərdən səs eşitsəniz, oranı yoxlamaq üçün evdən çıxmağa ehtiyat yoxdur.
  • Cinayətkarları ifşa etməyə kömək edə bilər. Videonəzarət sadəcə profilaktik sistem deyil, o həmçinin cinayətlkarları cinayət məsuliyyətinə cəlb etməyə imkan verir.
  • Xüsusi qulluq tələb etmir. Digər təhlükəsizlik tədbirlərin daha bir fərqi ondan ibarətdir ki, videonəzarət xidməti demək olar ki, qulluq tələb etmir.

Bizdə küçə və ya ev üçün videonəzarət kamerasını çox sərfəli qiymətə əldə edə bilərsiniz. Bizimlə Əlaqə səhifəsində göstərilmiş nömrələr ilə əlaqə saxlayın və bizim menecer böyük məmnuniyyətlə siz seçimdə yardım göstərər.

X
Sizə zəng edim?
Ok
X
X
Tez sifariş
X
Bəyəndiklərim