DÜKAN KATALOQU
Kabellər
Mal(lar): 29

Kabel, uzadıcı və paylayıcı - elektromontaj avadanlığının əsasları

Kabel ev elektrik şəbəkəsində elektrik enerjisinin obyektlər arasında uzun məsafələrə nəql edilməsi üçün istifadə edilən vacib elementlərdən biridir. Kabelin quruluşundan və keyfiyyətindən avadanlığın işi, elektrik şəbəkəsinin, telefon xətlərinin və internet şəbəkəsinin keyfiyyəti birbaşa asılıdır.

Bizim internet mağazada kabellər, paylayıcı və uzadıcılar geniş çeşiddə təqdim olunmuşdur. Siz istənilən ölçüdə və istənilən məqsədlər üçün kabelləri bizdən əldə edə bilərsiniz. Həmçinin məhsul səhifələrində hər bir modelin texniki göstəriciləri ilə ətraflı tanış ola bilərsiniz. Bizim menecerlər sizə seçimdə yardım göstərərlər və lazım olan detalları və birləşdiriciləri seçərlər.

Kabel – alışdan öncə nəyə diqqət yetirməli

Kabel almazdan əvvəl onun növünü, istifadə sahəsini, uzunluğunu, istifadə ediləcək məkanı və yüklənməsini dəqiq nəzərə almaq lazımdır.

Kabel özü izolyasiya olunmuş və ya örtüksüz tok keçirici naqillərdən ibarətdir. Hər bir modelin müəyyən məna ithaf edən rəqəm və hərflərdən ibarət işarə nömrəsi mövcüddur. İlk simvol naqillərin materialını ifadə edir. A hərfi alüminium (stasionar montaj üçün, daha ucuz), hərfin olmaması mis (daha yüksək gərginlik üçün, çox möhkəmdir, amma oksidləşməyə meylli olduğu üçün küçədə istifadəsi məsləhət görülmür). İkinci simvol müdafiə örtüyü və təyinatıdır (quraşdırılma, montaj və daxili şəbəkə üçün). Daha sonra gələn simvollar daxili naqillərin izolyasiya örtüyünü göstərir.

Rəqəmsal nişanlama bu texniki göstəriciləri ifadə edir:

  • ilk rəqəm – kabel daxili naqillərin sayını göstərir. Birnaqilli kabeldə o yoxdur.
  • İkinci rəqəm – naqillərin yüklənmə səviyyəsi (sahənin kv.m.-lə ifadəsi).
  • Üçüncü rəqəm – həmişə göstərilmir, nominal gərginliyi ifadə edir.

Kabellərin rəng örtükləri də xüsusi mənalar ifadə edir: sarı-yaşıl rəng yerlənmə, mavi və ya göy neytral sıfır, qarışıq ötürücü sarı-yaşıl göy nöqtələr ilə ifadə olunur.

Uzadici və paylayıcılar həm evdə, həm də şirkətlərdə şəbəkə kommunikasiya quruluşunda əvəzsiz əşyadır. Əvvəlcədən texniki göstəricilər ilə tanış olub, uzunluq və kommunikasiya əlavələrini nəzərə almağınızı tövsiyyə edirik.

Mağazamızın bütün məshulları sertifikatlaşdırılmışdır və dünya standartlarına uyğundur. Biz keyfiyyətə zəmanət veririk – çünki satdığımız məhsulu şəxsən seçirik.

Multistar - kabel və uzadıcıların ucuz qiymətə çox böyük seçimi

Bizim kataloqda müxtəlif brendlərin kabel, uzadıcı və paylayıcıları yer alır. Açıq qiymət siyasəti bizim mağazanın fərqləndirici xüsusiyyətlərindəndir. Bizim mağazada elektro montaj avadanlığının ən az büdcəli seqmentindən premium sinif avadanlığa qədər müxtəlif formalarını əldə edə bilərsiniz. Saytda sifarişi 24 saat ərzində, həftənin hər günü rəsmiləşdirmək mümkündür, bizim menecerlər sizə kömək etməyə hazırdırlar, əlaqə məlumatlarını burda göstərməyiniz kifayət edər. Sizin sifarişiniz operativ formada Azərbaycanın istənilən nöqtəsinə göndərilə bilər.

Multistarla istənilən alış veriş bayrama çevrilir!

X
Sizə zəng edim?
Ok
X
X
Tez sifariş
X
Bəyəndiklərim