DÜKAN KATALOQU
HDD
Mal(lar): 10
не определена
не определена
не определена
не определена
не определена

Videonəzarət üçün HDD sərt disklərinin Multistar internet mağazasında satışı

Əgər siz, videonəzarət sistemi quraşdırmağı qərara almısınızsa, o halda siz yalnız kamera və videoregistrator deyil, həmçinin keyfiyyətli sərt disk almalısınız. HDD yaddaş qurğuları məlumatların saxlanılması və sonradan qeyd edilmiş məlumatı gözdən keçirmək üçün lazımdır.

Videoregistrator üçün sərt disk 24 saat dayanmadan fasiləsiz qeydiyyat altında yüklənmədə olur. Videonəzarət üçün HDD disklər bir neçə il ərzində etibarla çalışmalıdır. Bizim Multistar internet mağazamızda videonəzarət üçün HDD disklər təklif olunur. Siz, HDD sürəti, həcmi, qoşulması və digər göstəriciləri nəzərə alaraq HDD seçib ala bilərsiniz.

Videonəzarət sistemləri üçün HDD sərt disklərin seçiminin özəllikləri və müxtəlifliyi

HDD sərt disklər sutkalarla böyük həcmdə video materiallarla işləməlidir və elektrik enerjisi qalxıb-enmələrinə dözümlü olmalıdır. Düzgün sərt disk seçimi etmək üçün bu parametrlərə diqqət etmək lazımdır:

  • Yaddaş həcmi. Böyük həcmdə məlumatı qeyd edə bilmək üçün, sərt diskin həcmi 1TB-dan 8TB-a qədər olmalıdır. Bu həcmdə yaddaş eyni vaxtda bir neçə kameradan, yüksək genişlikli və uzunmüddətli (təqribən 1 həftə) videoların saxlanılmasını təmin edir.
  • Qoşulma interfeysi. Modellərin böyük əksəriyyəti SATA interfeysi ilə təchiz olunur. Registratorla uyğunluqda vacib parametrlərdəndir.
  • Sərt diskin fırlanma sürəti. Diskə məlumatların qeyd olunması və oxunması sürəti. Normal qaydada sərt disklər 5400 və 7200 dövr/dəqiqə sürəti ilə satılır. Bəzi hallarda 10000 dövr/dəqiqə sürətli diskləri də sifariş etmək olar.
  • Hərarət amili. Yüklənmə altında iş tempraturu 45 dərəcədən artıq olmamalıdır. Avadanlığın uzunömürlülüyü bu amildən də çox asılıdır.
  • Avadanlığın materialı. Yaxşı olar ki, seçdiyiniz HDD disklər paslanmayan örtüyə sahib olsun. Bu tip materialdan olan disklər yüksək nəmlənmə olan məkanlarda istifadə üçün nəzərdə tutulub.
  • Uyğunluq. Bütün mühafizə sisteminin düz işləməsi üçün, sərt disklər parametrlər üzrə avadanlığı tam uyğun olmalıdır.

Videonəzarət üçün HDD disklərin bizim mağazada təqdim olunan bir neçə modelinə diqqət çəkmək istərdik:

  • WD Purple – tam olaraq videonəzarət sistemi üçün uyğunlaşdırılmışdır. Eyni anda 32 kameradan məlumatları qeyd edə bilir. Professional avadanlığın parlaq nümunələrindəndir.
  • Seagate Video Skyhawk – böyük həcmdə videomaterial ilə işləmək üçün nəzərdə tutulmuşdur. Eyni anda 16 kameradan qeydiyyat apara bilir. Tam səssiz çalışır.

Multistar mağazasından HDD sərt disklərin alışının üstünlükləri

Bizim internet mağaza təhlükəsizlik və videonəzarət sistemlərinin satışı üzrə ixtisaslaşmışdır. Bizim mağazada videonəzarət üçün HDD sərt disklər Bakıda ən ucuz qiymətlərlə təqdim olunmuşdur.

Qiymətlə keyfiyyətin tənasübü sizi sevindirəcək! Bizim təcrübüli mütəxəssislərimiz sizi konsultasiya edərək, sərt disk seçimində yardım göstərərlər. Zəng edin və ya sifariş üçün sual yerləşdirin. Sizə geri zəng edərək, bütün suallarınızı cavablandırarlar.

Bütün avadanlığa rəsmi zəmanət tətbiq olunur. Bakı və Azərbaycanın digər bölgələri üzrə çatdırılma xidməti fəaliyyət göstərir.

Mağazamızın HDD çeşidi ilə internet mağazamızın onlayn kataloqunda taniş ola bilərsiniz və ya Sədərək Ticarət Mərkəzində yerləşən mağazamıza gələrək, məhsulu özünüz seçə bilərsiniz.

Etibarlı və böyük həcmli sərt disklər videonəzarət sisteminin məhsuldar işini təmin edir!

X
Sizə zəng edim?
Ok
X
X
Tez sifariş
X
Bəyəndiklərim