DÜKAN KATALOQU
Aksesuarlar
Mal(lar): 41
не определена
не определена
не определена
не определена
не определена
не определена
не определена
не определена

Videonəzarət üçün aksesuarlar - təhlükəsizlik sisteminin vacib komponenti

Videonəzarət üçün aksesuarlar videonəzarət sisteminin quraşdırılması və tam gücü ilə işləməsi üçün istifadə olunan kömək xarakterli texniki vasitələrin kompleksidir. Bu tip avadanlıq çəkiliş vaxtı videonun keyfiyyətini yaxşılaşdırır, həmçinin, montaj üçün vacibdir. Bu kateqoriya qida bloklarını, antena və kabelləri, qoşulma yuvalarını, adapterləri, kommunikasiya avadanlığını birləşdirir.

Bizim internet mağaza videonəzarət üçün aksesuarların satışı üzrə ixtisaslaşmışdır. Biz bu sahədə 10 ildən çoxdur ki, fəaliyyət göstəririk və təhlükəsiz sahəsində Azərbaycanda ilk fəaliyyət göstərən şirkətlərdənik. Bizim avadanlıq və aksesuarlarımız zamanla sınanmışdır və minlərlə razı müştəri bunun sübutudur. Bizdən məhsul aldıqda, siz keyfiyyətlə servis, yüksək səviyyəli avadanlıq və aksesuarlara sahib olacağınıza zəmanət əldə etmiş olursunuz.

Videonəzarət üçün aksesuarlar - funksionallığın özəllikləri

Videonəzarət üçün aksesuar seçdikdə, onun sistemin digər komponentləri ilə uyğunluğundan əmin olmaq lazımdır. Çünki kommunikasiyada kiçik uyğunsuzluqlar belə, sistemin işində problemlərə gətirib çıxara bilər. İstifadə olunan elementlərin sayını, kabelin uzunluğunu dəqiq olçərək, düzgün mexanizm quraşdırmaq lazımdır. Nəzərə alın ki, kommutator seçdikdə, onun portlarının sayı işlədiləcək kameraların sayından bir neçə dəfə çox olmalıdır, o halda sonradan şəbəkə genişləndirilməsi baş verdikdə, yeni kameraları qoşmaq üçün problemlərlə qarşılaşmayaqsınız.

Yanlış həyəcan sıqnallarını aradan qaldırmaq üçün, əsas İp kameralara əlavə hərəkət ötürücüləri quraşdırmağı məsləhət görürük, çünki bəzi müdafiə olunan ərazilərdə keçid zonazında yanlış həyəcan sıqnalları baş verməsi təhlükəsi var. Gecə vaxtı nəzarət üçün və ya işıqlandırması zəif yerlərdə infra qırmızı işıqlandırmadan istifadə edin - o qaranlıqda daha dəqiq görüntü təmin edir.

Мühafizə sistemləri üçün aksesuar və komponentlər aldıqda professionallara müraciət etmək daha yaxşı olar. Bizim internet mağazanın mütəxəssisləri bu sahədə lazımi iş təcrübəsinə malikdirlər, quraşdırmanın və istifadənin bütün incəliklərini bilirlər, bu səbəbdən də sizin üçün ən yaxşısını seçə bilərlər.

Multistar - videonəzarət üçün bütün lazımi avadanlıq bir mağazada

Razılaşın ki, videonəzarət sistemi üçün bütün avadanlığı bir mağazadan almaq daha rahat və sərfəlidir. Avadanlığın böyük çeşidi təmin edir ki, siz bizdə axtardığınız avadanlığı tapa bilərcəksiniz. Biz yalnız sınanmış idxalçılar ilə əməkdaşlıq edirik, bu da sərfəli qiymətlərin zəmanətidir. Sifariş rəsmiləşdirmək və ya məsləhət almaq üçün, evdən çıxmadan, istənilən vaxt bizə müraciət edə bilərsiniz. Həmçinin Azərbaycan ərazisində operativ şəkildə sifarişinizi çatdırarıq. Suallarınız qalıb? Onları bizə ünvanlayın, ən yaxın zamanda bizim əməkdaşlar sizinlə əlaqə saxlayaraq, suallarınızı cavablandıracaqlar.

Multistar - bizdə sizin təhlükəsizliyinizi təmin etmək üçün hər şey var!

X
Sizə zəng edim?
Ok
X
X
Tez sifariş
X
Bəyəndiklərim