Kompüter periferiyası - Kompüterinizin vacib əlavələri
Kompüter periferiyası bu və ya digər formada birbaşa kompüterə qoşulan əlavə cihazlardan ibarətdir. Onlar periferiya ona görə adlanır ki, onlar kompüterə qoşulduqda kömək məqsədi daşıyır, və onlar kompüterdən ayrıldıqda, kompüterin işini saxlamır. Kompüter periferiyasına siçan və klaviatura, monitor, printer/skaner, videokamera, dinamiklər və UPS daxildir.
Bizim Multistar internet mağazamız Azərbaycanda ən tanınmış periferiya mağazalarından biridir. Biz yalnız aparıcı şirkətlərin sertifikatlaşdırılmış məhsullarını satırıq. Bizim kataloqlarda qeyd olunmuş avadanlıqlar yüksək texnologiyaların və beynəlxalq standartların tətbiqi ilə hazırlanır.
Kompüter üçün fasiləsiz enerji mənbəyi – seçim üzrə məsləhətlər
Personal kompüter alarkən, periferiya seçimi ilkin vəzifələrdən olur. Çünki, kompüter işlədərkən, siz periferiya ilə kompüter digər hissələrindən daha çox iş görürsünüz. Bu seçimə xüsusi diqqətlə yanaşmaq lazımdır.
Kompüterin təhlükəsizliyini və vacib faylların silinməsindən müdafiəni təmin edən vacib alətlərdən biri fasiləsiz enerji mənbəyidir. Bu cihazı alarkən, qənaət etməyinə dəyməz, çünki, məlumat itkisindən və ya qısaqapanma zamanı dəyən ziyan qənaət etdiyiniz məbləğdən dəfələrlə çox ola bilər. Fasiləsiz enerji mənbəyi alarkən, bu göstəricilərə diqqət etmək vacibdir:
- Avadanlığın tipi;
- Güc;
- Eyni vaxtda işlədiləcək avadanlığın sayı.
Fasiləsiz enerji mənbəyinin qiyməti brenddən, elementlərin təmin oluna bilməsindən, texniki göstəricilərdən və yığılmanın keyfiyyətindən asılıdır.
Əgər elektrik şəbəkəniz stabil elektrik enerjisi ilə işləyisə, rezerv fasiləsiz enerji mənbəyi sizə tam uyğun gələr. Bu cihaz elektrik enerjiniz kəsildikdə, sizin avadanlığı müdafiə edər.
Xəttli interaktiv fasiləsiz qida mənbələrində daha mürəkkəb müdafiə mexanizmi işlədilir. Onlar daimi elektrik oynamaları olduqda akkumlyatordan avtonom iş rejiminə keçməyə icazə verir.
Evdə istifadə üçün 800 Vattlıq fasiləsiz enerji mənbəyi kifayət edər. O, kompüteri 5-10 dəqiqə avtonom rejimdə işlətməyə imkan yaradır ki, bu da vacib məlumatı qeyd edib, kompüteri söndürməyə kifayət edir. Əgər sizə 30 dəqiqə işləmək imkanı təmin etmək lazımdırsa, 1500 Vattlıq fasiləsiz enerji mənbəyi alın.
Qeyd üçün: fasiləsiz enerji mənbəyi seçərkən, akkumlyatoru dəyişmək imkanı olan modellərə üstünlük verin, bu cihazın istifadə müddətini uzada bilər.
Multistar - keyfiyyətli kompüter periferiyası Bakıda ən yaxşı qiymətə
Bizim internet mağaza müştəri yönümlüdür, biz individual şəkildə sizin tələblərinə uyğun olaraq seçimə yanaşırıq. Artıq neçə illərdir ki, yalnız sınanmış idxalçılar ilə əməkdaşlıq etdiyimizdən, sizə kompüter periferiyası üçün ən sərfəli qiymətləri təqdim edirik.
Multistardan fasiləsiz enerji mənbələri - kompüterinizin etibarlı müdafiəsi!