Fasiləsiz enerji mənbələrinin növləri
Əsas 3 UPS növü mövcuddur:
1. Rezerv - Back UPS
2. İnterektiv-xətt - Smart UPS;
3. On-Line.
Rezerv fasiləsiz enerji mənbəyi
Bu ən sadə və ən ucuz fasiləsiz enerji mənbəyidir. Akkumlyator, qidalandırıcı, invertor və releden ibarətdir. Bu cihaza qoşulduqdan sonra, avadanlıq yenə də elektrik şəbəkəsindən qidalanır, enerji kəsildikdə isə, rele qidalanmanı akkumulyatora çevirir. Bu tip fasiləsiz qida mənbələri enerjinin mikrosaniyə ərzində kəsilməsi ilə çalışır, bu isə qidaya həssas olan avadanlıqlarda problem yarada bilər. Buna görə də, adətən bu tip UPS-lər kompüterlərin, noutbukların ev və ofis şəraitində müdafiəsi üçün istifadə olunur. Bu UPS-lər adətən 12V 7A/s batereya ilə təchiz olunur, lakin onun qidası adətən tez sənədləri qeyd edib kompüteri söndürməyə bəs edir. Bu tip cihazlar əlavə batareya ilə genişləndirilmir.
İnteraktiv-Xətt FQM və ya SMart UPS
Bu tip fasiləsiz enerji mənbəyi Back UPS prinsipi ilə çalışır. Lakin əlavə pilləli stabilizator sayəsində daha geniş daxil olan gərginlik diapazonunda çalışa bilir.
Bu tip UPS daha az enerji kəsilmə vaxtına malikdir. Bu xüsusiyyətinə görə onu serverlər və gərginlik itkisinə həssas digər avadanlıqların müdafiəsində istifadə edirlər. Smart UPS böyük gücə malikdir, lakin əlavə elementlər sayəsində daha bahadır. Adətən Back UPS-də olduğu kimi 12V 7A/s batareyalarla təchiz olunur, lakin batareyaların sayı 4dən 8ə qədər dəyişir. Bu UPSlərin vacib xüsusiyyətlərindən biri əlavə batareyalar quraşdırıla bilməsi, və bunun sayəsində rezerv iş rejiminin bir neçə saata çatdırıla bilməsidir.
On-Line fasiləsiz qida mənbəyi
Bu tip fasiləsiz enerji mənbəyində daxil olan dəyişən gərginlik əvvəlcə stabil gərginliyə çevrilir, sonra yenidən dəyişən gərginliyə çevrilib çıxışa ötürülür.
Bu sxemə görə artıq dəyişmə relesinə ehtiyac qalmır və enerji kəsilməsi sıfra bərabər olur. Ona görə də bu tip UPSlər enerjinə kəsiminə çox həssas olan avadanlıqların müdafiəsi üçün istifadə olunur. Online UPS həm Smart UPS kimi gərginliyi tənzimləyir, əlavə olaraq tezliyi də tənzimləyir və girişdən asılı olmayaraq, çıxışda lazımi parametrlərə uyğun gərginliklə təmin edir.
Sadə görünməsinə baxmayaraq Online UPS çox mürəkkəb sistemə malikdir və bu səbəbdən də baha qiymətədir.
Yuxarıda yazılanları nəzərə alaraq bu qənaətə gəlmək olar:
Back UPS personal kompüter, noutbuk və kiçik məişət avadanlığının müdafiəsi üçün istifadə olunur. Təhlükəsizlik sistemlərinin uzaqdan nəzarət kompüterlərində istifadə oluna bilər.
Smart UPS daxil olan gərginlik stabil olan yerlərdə server və kommutasiya sistemlərinin müdafiəsi üçün istifadə oluna bilər. İri şirkətlərin təhlükəsizlik sistemləri postlarında istifadəyə uyğundur.
Online UPS daxili gərginliyin stabil olmadığı yerlərdə elektrik enerjisinin kəsilməsinə həssas olan avadanlığın, o cümlədən mərkəzi yaddaş sistemləri üçün istifadəsi məsləhət görülür.
Multistar internet mağazası bütün növ UPS cihazlarının satışını təklif edir. Sərfəli qiymətə video qeydiyyat sistemi üçün UPS almaq üçün bizimlə əlaqə saxlayın. Satıcılarımızla həm sayt, həm də sosial şəbəkələr vasitəsilə əlaqə saxlaya bilərsiniz. İnternet mağazadan məhsulların çatdırılmasını sifariş etmək mümkündür. Həmçinin geniş çeşidimizlə tanış olmaq üçün Sədərək ticarət mərkəzində yerləşən mağazamıza təşrif buyura bilərsiniz.